Azərbaycanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanıldı

Azərbaycanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanıldı
Şirvan şəhərində "Tosu" ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.

Şirvan şəhər Polis şöbəsinin (PŞ) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, kriminal aləmdə "Tosu" ləqəbi ilə tanınan Qaçayev Toğrul Rafət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4000 ABŞ dolları və 4900 manat aşkar edilrərk müsadirə edilib.

Onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb və barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Report.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...