Azərbaycanda tabuların yaratdığı \"bakirəlik bazarı\" - QİYMƏTLƏR

Azərbaycanda tabuların yaratdığı \
Azərbaycanda tabuya çevrilmiş mövzulardan biri də bakirəlikdir. Demək olar ki, milli mentalitetin təməli qadınların bakirəliyi üzərində qurulub. Ancaq maraqlıdır ki, bu vəziyyət ölkədə yeni bir bizness sahəsinin yaranmasına gətirib çıxarıb. Belə ki, bu gün bir çox gənc qız toydan əvvəl bakirəliyi rahat şəkildə bərpa etdirə bilir. Bakıda bəzi ginekoloqlara zəng etdikdə, "bakirəliyi bərpa edərsizmi", sualına aldığımız cavab "hə” olur. 

Bir neçə klinika və ginekoloqla əlaqə saxladıq: 

"Medilux” klinikasından bildirdilər ki, bu barədə məlumat almaq üçün öncə həkimə yaxınlaşmağımız lazımdır: 

"Bunun üçün həkimə yaxınlaşın. Telefonla bu haqda məlumat verə bilmərik”.

Qiymətləri öyrənmək istədikdə isə fərqli cavab verildi: 
-Yoxdur
-Nə yoxdur?
-Yoxdur da
-Bakirəlik bərpa edilmir?
-Xeyr, edilmir

9 saylı Qadın Məsləhətxanasının həkimi, ginekoloq Qulsaba Musafayeva isə bu proseduru həyata keçirir. Həkimin köməkçisi bizə bu haqda məlumat verdi:
"Toyaqabağıdırsa qiymət 500 manatdır. Bu zaman gərək ki, toydan bir-iki gün qabaq müraciət edəsiz. 5-7 gün qabaq müraciət etmək olmaz. Çünki müvəqqəti "bərpa” olacaq. Lakin həmişəlik bərpa etmək istəyirsizsə, o zaman 1200 manat ödəməli olacaqsız”.

Ginekoloq Rəna Qədimova qiymətləri açıqlamasa da bu proseduru həyata keçirdiyini gizlətmədi:

"Gəlməlisiz, baxılmalıdır, hardan "naruşeniya” olub, vəziyyət necədir. Bunu bildikdən sonra qiyməti deyəcəyik”.

Lakin bu prosedur əslində qanunvericilik tərəfindən qadağan edilir. 

Bu barədə Respublikanın baş ginekoloqu, Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova Sfera.az-a açıqlamasında bu barədə danışıb:

"Qanunvericiliklə bakirəliyin bərpası cinayət məsuliyyəti yaradır və buna görə də həkim məsuliyyət daşıyır. Yalnız tibbi məhkəmə ekspertiziyanın rəyi verildikdən sonra bakirəliyi bərpa etmək olar. Əks halda bu mümkün deyil. Bəzi həkimlərin bakirəliyi bərpa etməsi ilə bağlı reklamlar gedir. Bu cür reklamlar da qeyri-qanunidir. Bu vaxtadək də dəfələrlə bu məsələ ilə bağlı bir çox həkimlərə cinayət işi açılıb. Belə hallar tez-tez olur".

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...