Azərbaycanda pivə istehsalı dayandırılacaq

Azərbaycanda pivə istehsalı dayandırılacaq

"Baltika-Bakı" şirkəti avqustun 15-dən pivə istehsalını müvəqqəti dayandıracaq. Şirkətin məlumatına görə, Azərbaycanda pivə bazarının həcmi 2015-ci ildə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya hələ də davam edir.


Şirkətin məlumatında bildirilir ki, bunun əsas səbəbi ölkədəki makroiqtisadi vəziyyət və milli valyutanın dəyərsizləşməsidir: "Bu, əhalinin alıcılıq qabiliyyətini kəskin azaldıb. Şirkətin biznesinə qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarif sistemində dəyişiklik olub, bu isə 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq".

"Bundan başqa, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir. Bu, şirkət məhsulunun realizasiyasını çətinləşdirir", - deyə şirkət qeyd edir.

İqtisadçı-ekspert Samir Əliyev açıqlamasında dedi ki, yay aylarında pivə məhsullarına təlabat böyük olur: "Kifayət qədər insan pivədən yararlanır. Qeyri-neft sektorunun inkişafı baxımından isə yerli müəssisənin dayandırılması arzuolunan deyil. Hökumət bu məsələyə həssas yanaşmalıdır, imkan daxilində çalışmalıdır ki, belə müəssisələrin bağlanmasına yol verilməsin".

Ekspertin sözlərinə görə, şirkətin bu addımının səbəbi suyun qiyməti və devalvasiya deyil, məhz kart sistemidir: "May ayında su qiymətləri əhali üçün artdı. Sudan xammal kimi istifadə edənlərin tarifi isə əksinə azaldı. Pivə şirkətləri isə sudan xammal kimi istifadə edir. Ola bilər ki, şirkət sudan xammal istifadəçisi kimi qeydiyyatdan keçməyib".

"Devalvasiya isə alıcılıq qabiliyyətinə təsir edə bilər, lakin bu, əsasən xarici məhsullara aiddir. Onların qiymətləri qalxır, lakin yerli malların qiymətləri əvvəlki səviyyədə qalır. Məncə, burda əsas səbəb, məhz kart sistemidir ki, spitrli içki istehsal edən müəssisələr kart sisteminə keçməkdə qəti maraqlı deyil və bununla bağlı hətta uzun müddət müqavimət də göstəriblər", - S. Əliyev vurğulayıb.

Sputnik əməkdaşının Baknın Yasamal rayonunda yerləşən, açıq havada pivə təklif olunan bir sıra yerlərdə apardığı müşahidələrsə göstərdi ki, istifadəçilərin pivəyə marağı azalmayıb. Belə ki, günün ikinci yarısı, xüsusən də axşam saatlarına yaxın kafelərdə kifayət qədər sıxlıq müşahidə olunur. Satıcılar deyirlər ki, əvvəlki illərdən fərqli olaraq insanlar daha çox yerli istehsal içkilərə üstünlük verirlər, elə kafelər də bir qayda olaraq yerli pivələr təklif edir.

Xaricdən gətirilən pivələr baha olduğundan, istehlakçılar yerli istehla önəm verirlar. Lakin burada da bir "əmma" var. Rəylərini Sputnik-lə paylaşan istehlakçılardan bəziləri yerli pivələrin keyfiyətinin, ən azı ötən ilki səviyyədə olmadığını iddia edirlər. Bir çoxları isə qiymətin bahalığını və belə qiymətlərin təklif olunan məhsula adekvat olmadığını deyirlər.

"Baltika-Bakı"dan onu da bildiriblər ki, hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığının məhdudlaşdırılması ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək və pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq. Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən "Baltika-Bakı" zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalı və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. Bu, istehsalat xərclərini azaltmağa, şirkətin biznesinin rentabelliyini saxlamağa, kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasına imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olan "Baltika-Bakı" Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə ölkə vətəndaşının iş yeridir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi çalışır. Şirkətin dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavodun inkişafına ayırılmış ümumi investisiya isə 47 mln. manat təşkil edir.

 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...