Azərbaycanda nə qədər müəllim işləyir? - Sayları açıqlandı

Azərbaycanda nə qədər müəllim işləyir? - Sayları açıqlandı
"Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onların da 39 179 nəfəri, yəni 27 faizi 35 yaşa qədər olan müəllimlərdir. Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür".

Sfera.az bildirir ki, bu fikirləri təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib.

Onun sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: "Ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son beş ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib".

Nazir bildirib ki, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında üç dəfə artım müşahidə edilib: "2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir".


OXŞAR XƏBƏRLƏR

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-in hücumçusu Kilian Mbappe haqqında danışıb.   Sfera.az bildirir ki, o, Mbappenin "B...

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...