Azərbaycanda kriptovalyutadan niyə istifadə olunmur?- Ekspert səbəblərdən danışdı

Azərbaycanda kriptovalyutadan niyə istifadə olunmur?- Ekspert səbəblərdən danışdı
 

"Praktiki baxımdankriptovalyutaların istifadəsi üçün ölkəmizdə hazırlıq yoxdur”.


Sfera.az-a açıqlamasında bu sözləri dünyada kriptovalyutalara, bitkoinlərə marağın artması fonunda onun Azərbaycada da istifadə edilməsinin mümkünlüyü ehtimalına toxunarkən iqtisadçı ekspert Fuad İbrahimov deyib:

 

"Azərbaycan bu prosesə hazır deyil. Nəzərə alaq ki, Azərbaycanın maliyyə bazarlarının fundamental, institusional səviyyədə fəaliyyəti yox dərəcəsindədir. Tək "İnvest.az” şirkəti Azərbaycanda bu siyasəti yürüdür. Amma onun tanıdılma səviyyəsi zəifdir, xüsusi çəkisi çox azdır. 10 milyonluq vətəndaşı olan ölkədə üst-üstə götürəndə onun toplam çəkisi heç 3 faiz də etmir”.

 

Ekspert bildirdi ki, bu məsələnin reallaşması yalnız gələcəkdə mümkün görünür: "Kriptovalyutanın ölkəmizdə tətbiqinə zaman lazımdır. Hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə kriptovalyutaların xüsusi çəkisi elə də böyük deyil, bəzi hallarda çətinliklə 10 faizə çatır. Bu da ondan irəli gəlir ki, kriptovalyutalara virtual valyuta olaraq daha çox gələcəyin valyutası kimi baxırlar. Belə bir durumda Azərbaycanda onun tətbiqindən danışmaq həddən artıq tezdir”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...