Azərbaycanda kredit götürənə zamin duran həbs edildi

Azərbaycanda kredit götürənə zamin duran həbs edildi
"Rabitəbank”dan götürülən kreditə görə zamin duran şəxs həbs edilib.
Oxu.Az xəbər verir ki, adı açıqlanmayan bir vətəndaşın "Rabitəbank”dan götürdüyü kreditə görə 7225,7 manat borcu qalıb. Həmin kredit üzrə banka girov qoyulub və 3 nəfər zamin olub.
Martın 11-də Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov zaminlərdən biri olan 28 yaşlı Vahid Kərimovun həbs edilməsi barədə qərar verib.
Vəkil Əkrəm Həsənov bildirib ki, V.Kərimov və həyat yoldaşı işsizdir, 2 və 3 yaşlarında iki övladı var. Hazırda həbsdə olan V.Kərimov banka olan borcdan 200 manat ödəyib. Krediti götürən şəxs və digər zaminlər heç bir ödəniş etməyib və onlara qarşı heç bir addım da atılmayıb.
Rayon məhkəməsinin qərarında apellyasiya şikayəti verilib. Bu gün saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılıb.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə şikayətin  təmin edilməməsinə qərar verilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...