\"Azərbaycanda İnnovativ Beyin Mərkəzi yaradılmaldır\" - Səbuhi Abbasov

\
Son zamanlar xaricdə qərarlaşan bəzi insanlar öz iflas olmuş siyasətlərini ayaqda saxlama üçün söyüş siyasətinə keçiblər. Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov SİA-ya açıqlamasında bu problemin dünyanın bütün ölkələrində olduğunu deyib.
 
"Azərbaycan şərq milli-mental dəyərlərini qoruyan bir dövlətdir. Bu mənada qərbdən fərqli olaraq biz söyüş siyasətini qəbul edə bilmirik, etməməliyik də. Məhz bu faktoru gözəl bilən anti-azərbaycan qüvvələri son 2 ildə söyüş "biznesinə" keçiblər. Prosesi adekvat qəbul edə bilməyən kütlə də axınla gedir və nəticədə bu "biznesin" alətinə çevrilmiş olur. Sosial şəbəkələri bağlamaq, qadağalar qoymaq bu problemi daha da dərinləşdirir və ölkəmizin dünyadakı demokratik imicinə zərbə vurur", deyə ekspert bildirib.

S.Abbasov qeyd edib ki, təxminən 10 il öncə bir təklif irəli sürmüşdüm: "Azərbaycanda Prezident Yanında İnnovativ Beyin Mərkəzi yaradılmalıdır. Bu mərkəz bütün texnoloji yenilikləri tədqiq edib bütün sahələrdə uğurlu tətbiqini həyata keçirməlidir. Bu gün də gec deyil. Belə bir mərkəz olsa biz həm də texnoloji yeniliklərin surətini izləyə, onun xeyiri ilə birlikdə gətirdiyi fəsadları təhlil edə bilərik. 3-5 illik uğurlu fəaliyyətdən sonra biz milli platformaların yaradılması haqqında da düşünə bilərik. Belə bir mərkəz mütləq olmalıdır. ABŞ, Yaponya, Almaniya və digər qabaqcıl ölkədələrdə belə bir təcrübə mövcuddur. Ola bilər kimlərsə bunun böyük vəsait tələb etdiyini düşünə bilər. Ancaq tam səmimi deyirəm ki, indiki xaotik situasiyada bundan azı 10 dəfə çox xərc çıxır. Hələ mən bunun mənəvi-psixoloji tərəfini demirəm. Bu mənada biz daha çox texnoloji yeniliklərin tətbiqinə fokuslanan, eyni zamanda, sosial şəbəkələr üzərindən gələn təhlükələrin qarşısını alma iqtidarında olan mərkəzin yaradılmasında maraqlı olmalıyıq. Bu barədə bir neçə il öncə mən ABŞ təcrübəsini araşdırmışdım. Olduqca vacib məqamlar var".

7News.Az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...