Azərbaycanda İLK dəfə “SEVGİ FESTİVALI” keçiriləcək -FOTOLAR

Azərbaycanda İLK dəfə “SEVGİ FESTİVALI” keçiriləcək -FOTOLAR
Festival 29 May saat 16:00 da Aysberq ailəvi istirahət mərkəzində açıq havada baş tutacaqdır.

Festival iştirakçılarına hər zaman xəyal etdikləri həm fərqli, həm maraqlı, həm də olduqca əyləncəli sayılacaq gün yaşadacaqdır.

Festivalda musiqi, rəqs, DJ şou ilə yanaşı romantika ilə rəngarəngliyin ahəngi olan baş döndürən abu-hava, hədiyyəli yarışlar, hər addımda maraq yaradan personajlar, mascotlar əyləncənizi bir az da artıracaqdır.

Çox sevdiyiniz pantomim obrazları çıxışları ilə festivala xüsusi rəng qatacaq, gözünüzü qamaşdıracaq rəngarəng dekorasiyası ilə sizi sehrli nağıllar aləminə aparacaq festivalda ailəniz, dostlarınız , sevgiliniz və yalnız özünüz olaraq fərqli yarış, oyunlarda iştirak edib bolluca hədiyyələr qazana biləcəksiniz.

Ən əsası isə sizə doyunca sevinc yaşadacaq, istirahətinizi daha da əlvan edəcəkdir.

Biz deyirik ki, İLK SEVGİ Festivalının İLK iştirakçısı olmağa tələsin.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın İLK SEVGİ Festivalının təşkilatçısı və ideya müəllifi artıq 2 ildir ki öz kreativ, fərqli təklifləri ilə böyük marağa səbəb olan "Sürprizim var” kreativ agentliyidir.

Bu günə kimi fərqlilikləri ilə seçilən "Sürprizim var” komandası "Yaz Sevgi Festivalı” ilə də fərqlilik yaradacaqdır.

Festivalda iştirak üçün biletləri www.lovefestivalbaku.com ünvanından sifariş edə bilərsiniz.

Sifariş edin, iştirak edin, istirahətin və əyləncənin bir başqasını yaşayın.

Əlaqə nömrəsi: 070-314-11-14


OXŞAR XƏBƏRLƏR