Azərbaycanda iki nazir müavini vəzifəsindən azad edilib
14:00 / 21.06.2017
727
Naxçıvan Muxtar Respublikasında iki nazir müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən Nurlan Həsənov Naxçıvan fövqəladə hallar nazirinin müavini, Nurlan Əliyev Naxçıvan vergilər nazirinin müavini vəzifələrindən azad ediliblər. (apa)
Sfera.az