Azərbaycanda hotellərə gizli müştərilər göndəriləcək

Azərbaycanda hotellərə gizli müştərilər göndəriləcək
Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək.

Bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.

Baş icraçı direktorun sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək.

AHA rəsmisi əlavə edib ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi müəyyənləşəcək.

G.Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel sahiblərinə əvvəlcədən məlumatlar veriləcək:

"Bununla bağlı internet saytda məlumatlar yerləşdirəcəyik. Hotelçilər sayta daxil olaraq, təsnifatlaşdırma zamanı hansı kriteriyalara diqqət yetiriləcəyini oxuyub prosesə daha yaxşı hazırlaşa biləcəklər. Ona görə də, məncə, hotellər üçün bu proses çətin olmayacaq".

Assosiasiyanın Baş icraçı direktoru bildirib ki, hotellər köhnə sistemlə aldıqları ulduzları dəyişməlidirlər.

O, ulduz təsnifatlaşdırma sisteminin gələn ilin sentyabr-dekabr aylarından başlanılacağını da söyləyib: "Biz milli ulduz sistemini yaradırıq. Biz bununla bağlı Avropa təcrübəsini əsas götürmüşük".

G.Sağlam əlavə edib ki, ulduz təsnifatlaşdırılmasından keçməyən hotellərə bu prosesdən təkrar keçmək üçün vaxt veriləcək:

"Bizim əsas işimiz hotelləri qorxutmaq deyil, onlara dəstək verməkdir. Marketinq məqsədilə həyata keçirilən ulduzalma prosesi hotellərin regional, dünya miqyasında tanınmasına xidmət edəcək".

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...