Azərbaycanda homoseksuallarla bağlı DƏHŞƏTLİ FAKT - Sən demə onlar...

Azərbaycanda homoseksuallarla bağlı DƏHŞƏTLİ FAKT - Sən demə onlar...
 Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb.

Sfera.az
 xəbər verir ki, bunu trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub.

N.Zülfüqarov bildirib ki, 2008-ci ildən etibarən ölkədə İİV-ə yoluxmaya görə risk qrupları müəyyən olunub. Onlar homoseksuallar, "kommersiya seks işçiləri", məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.

N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur:

"Hazırda homoseksuallar arasında yoluxma yolu çox olmasa da, onlar risq qrupuna daxildir. Onlar müxtəlif yaş qruplarında, sosial statusda olurlar. Bizi maraqlandıran əsas məsələlərdən biri onların ailəli olub-olmamasıdır. Ailəli şəxsdə İİV virusu varsa, bu, onun həyat yoldaşına, həyat yoldaşından isə onların izdivacından dünyaya gələcək körpəyə keçir".

N.Zülfüqarov qeyd edib ki, buna görə də hazırda homoseksuallar arasında ölkədə zərərin azaldılıması layihəsi, könüllü məsləhət-müayinə tədbirləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...