Azərbaycanda fövqəladə hadisələrdə ölən və yaralananların sayı açıqlandı

Azərbaycanda fövqəladə hadisələrdə ölən və yaralananların sayı açıqlandı
Bu ilin birinci yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, 2016-cı ilin I yarısında respublika ərazisində 33 partlayış hadisəsi baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 11% azdır. Partlayışlar zamanı 2 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

Baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5011 çıxış edilib. Yanğın hadisələri zamanı 18 nəfər ölüb, 57 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 25 nəfər və ya 58%, xəsarət alanlar üzrə 48 nəfər və ya 46% azdır.

Bu ilin birinci yarısında respublika ərazisində 5117 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 486 hadisə və ya 9% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 22 nəfər ölüb, 95 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 34 nəfər xilas edilib, 451 nəfər təxliyə olunub.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...