Cəmİyyət

Azərbaycanda "facebook" istifadəçilərin aktivliyi azalıb

Azərbaycanda
2019-ci ilin fevral ayında, Azərbaycanda facebook istifadəçilərinin fəallığı, yanvar ayı ilə müqayisədə 7,5 faiz azalıb.

Unikalıorg-un xəbərinə görə, bu barədə Global Stats statistik mərkəzi xəbər verir. Qeyd olunub ki, martın 1-nə olan məlumata görə, facebook-un Azərbaycanın sosial media bazarında payı 36,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4 faiz çoxdur. Populyarlığına görə facebook ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə Twitter qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 82,2 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin martın 1-nə olan tarixə 21,7 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 3 dəfə çoxdur.

Bu ilin fevral ayı ərzində ölkə üzrə Youtube şəbəkəsinin istifadəçilərinin fəallığı 9 faiz azalıb. Martın 1-nə olan məlumata əsasən, Youtube sosial media bazarında 16,7 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 50 faiz azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü aşağıdakı kimidir: Pinterest– 16,2 faiz, Instagram – 5,75 faiz, "VKontakte” – 1,27 faiz, Google+ - 0,48 faiz və s.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031