Hadİsə

Azərbaycanda daha bir qadın cinayəti - 26 yaşlı arvadını vəhşicəsinə öldürdü

Azərbaycanda daha bir qadın cinayəti - 26 yaşlı arvadını vəhşicəsinə öldürdü
Bu gün Sumqayıt şəhərində dəhşətli qətl törədilib.

Şəhərin 11-ci mikrorayonunda yerləşən mənzildə yaşayan 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı keçmiş həyat yoldaşı Yaqub Çirin oğlu Ağayev tərəfindən amansızlıqla öldürülüb. Y.Ağayev 26 yaşlı qadının boğazını kəsib, ona 40-a yaxın kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Gənc qadın hadisə yerində ölüb.

Qeyd edək ki, Aynurə ilə Yaqub boşansa da məhkəmənin qərarı ilə onlar eyni evdə yaşamağa davam ediblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
///Publika.az
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31