AdRiver
Azərbaycanda daha bir mikroavtobus qəzası: 15 yaralı

Azərbaycanda daha bir mikroavtobus qəzası: 15 yaralı

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil”ə məxsus xüsusi qurğulu "KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 16 nəfər xəsarət alıb.

Artıq həmin şəxslərin kimliyi də müəyyənləşib. Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.

Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.

Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, martın 11-də Yevlax rayonu ərazisində orta məktəb şagirdlərini daşıyan mikroavtobus da qəzaya uğramışdı. Nəticədə 15 şagird və 2 müəllim yaralanmışdı.(APA)

DİGƏR XƏBƏRLƏR


---