Cəmİyyət

Azərbaycanda da Sofiya kimi robot yaradıla bilər? - "Yaxın 2-3 ildə...

Azərbaycanda da Sofiya kimi robot yaradıla bilər? -
"Çünki bu sahənin inkişafı üçün güclü universitetlər, elmi baza və laboratoriya, elmi araşdırmalar olmalı, elmə böyük diqqət ayrılmalıdır".
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanın müasir texnoloji prosesdən geri qalması, robot istehsal edə bilməməsinin səbəblərinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"Azərbaycanda elmə ayrılan vəsaitin həcmi çox aşağıdır, çox zaman büdcənin heç 0,1 faizini keçmir. Bu istiqamətdə büdcə ayırmalarının özü də efektiv xərclənmir. Azərbaycan Milli Elmlər Akademiyasının bu istiqamətdə son zamanlar ciddi irəliləyişə imza atdığının şahidi olmamışıq. Yeni texnologiyaların, robotların yaradılması məsələsi əslində çoxdandır ki, dünyanın gündəmindədir. İnkişaf etmiş ölkələr çoxdandır bu kimi işlərlə məşğul olur və ciddi dövlət dəstəyilə texnoparklar qurublar. Hətta böyük şirkətlər də bu işdə fəaldır. Bununla da dünyanın müxtəlif ölkələrində robotlaşma, süni intelekt, texnologiya istehsalının dörd sıfır səviyyəsi getdikcə geniş yayılır. Yaxın 2-3 ildə bu vəziyyət dünyanın iqtisadi mənzərəsində də dəyişikliklərə gətirəcək. Azərbaycanda isə robot texnologiyasının ləgiməsi, ölkəmizdə onun istehsal edilməməsi bir çox səbəblərdən qaynaqlanır”.
 
Həmsöhbətimizin sözlərinə görə, bu sahədə geri qalmağımızın başqa bir səbəbi isə iri şirkətlərin prosesdə maraqlı olmamasından irəli gəlir:
 
"İri şirkətlərin ölkəmizdə robot texnologiyaları sahəsinə diqqət ayırmır, bu sahəyə sponsorluq etmirlər. Dünyada isə iri şirkətlər də sözügedən məsələyə xüsusi diqqət yetirir. Yəni elmi bazanın olmaması, təhsil səviyyəsinin aşağı olması, biznesin idarə olunmasındakı problemlər Azərbaycanı texnologiyalar istehsalı sahəsində çox geri salıb. Düşünürəm ki, yaxın illərdə həmin geriliyi aradan qaldırmasaq, növbəti texnoloji inqilabın çox-çox gerisində qalacağıq. Bu isə sosial və siyasi nöqteyi-nəzərdən ölkəmiz üçün gələcəkdə böyük problemlər yarada bilər”.
 
Qeyd edək ki, məşhur Robot Sofianın Azərbaycana səfəri cəmiyyətimizdə ciddi maraq oyadıb. Hazırda inkişaf etmiş dünya ölkələri öz fəaliyyətlərində müasir texnologiyalara, robot istehsalına geniş yer verir. Azərbaycanda isə bu sahədə hər hansı bir yenilik yoxdur. Ölkəmiz bu istiqamətdə hətta Hindistan kimi əhalisinin bir hissəsi doyunca yemək tapmayan ölkədən belə geri qalır.
 
ELÇİN
Sfera.az
















Konuşma Sonu







Bir mesaj yaz...







 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031