Azərbaycanda çörəyin içində siçovul nəcisinin olduğu təsdiqləndi - VİDEO

Azərbaycanda çörəyin içində siçovul nəcisinin olduğu təsdiqləndi - VİDEO

Gəncədə Türkiyə vətəndaşının mağazadan aldığı çörəyin içərisindən siçovul nəcisi çıxması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə laborator müayinə üçün təqdim etdiyi nümunənin nəticələri məlum olub.

Sfera.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, komitənin "Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı" laboratoriyasına təqdim olunan çörəkdə fikizi və kimyəvi yoxlamalar aparılıb.

Çörək QOST-un 6 göstəricisindən cəmi 1-nin tələbinə cavab verib. Nəticədə Şahin Mahmudun müraciəti ilə bağlı çörəyin xəmir hissəsində aşkar olunan 8 kənar qarışığın isə həqiqətən də siçovul nəcisi olduğu müəyyən edilib. Əcnəbi vətəndaşın müraciəti ilə ictimailəşən məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də açıqlama gəlib.

Qurumun mətbuat katibi Fazil Talıblı bildirib ki, bu barədə şikayətçiyə cavab verilib: "Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə həmin o marketdə satılan istehsalçısı məlum olmayan dairəvi çörəyin tərkibi ilə bağlı sınaq protokolunu əlavə etməklə nəticələri bildirməklə xahiş etmişik ki, bu çörəyin istehlak bazarında qarşısını alınması məqsədilə qanunvericiliyə uyğun olaraq tədbirlər görülsün".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...