Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu uşaqlara pul ayrılır - RƏSMİ AÇIQLAMA
"Azərbaycanda 600 minədək uşaq müxtəlif növ sosial ödənişlərlə təmin olunur”.

Bu sözləri  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlar,  ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların və onlara bərabər tutulanların uşaqları və digər uşaqlar birbaşa dövlətin təminatındadır.

"Onlara yönələn sosial ödənişlər də mütəmadi artırılır və 2019-cu ildə bu sahədə də çox ciddi artımlar edilib. Misal üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün ötən il aylıq müavinətin məbləi 82 manatdan 150 manata çatdırılıb və onlara quluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis olunub. Beləliklə, bu istiqamət üzrə sosial ödənişin  məbləği  ümumilikdə 200 manat olmaqla, 2,4 dəfə artıb. Həmçinin bu ilin əvvəlindən sağlamlıq imkanları məhdud uşaqlara ailə başçısını itirdikləri halda buna görə aylıq müavinəti (80 manat) də almaq, yəni sağlamlıq imkanları məhdudluğa və ailə başçısını itirməyə görə təyin olunan müavinətlərin hər ikisini almaq hüququ verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara günərzi qayğı və icma əsaslı reabilitasiya, surdoloji xidmətlər, psixoloji yardımlar və s. göstərilir ki, bu xidmətlər 8 minə yaxın uşağı əhatə edir. Göründüyü kimi, qayğıya ehtiyacı olan uşaqlar sosial dəstəklə təmin olunur, ailənin imkanlı və imkansız olmasından asılı olmayaraq hər bir uşağa aylıq müavinət (uşaq pulu) verilməsi fikri isə hər hansı sosial-iqtisadi əsaslandırmaya söykənmir”,-deyə Fazil Talıbov əlavə edib./BAKU.WS


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...