İqtİsadİyyat

Azərbaycanda bir nəfərin məhsul və xidmətlərə xərclədiyi pul nə qədərdir?

Azərbaycanda bir nəfərin məhsul və xidmətlərə xərclədiyi pul nə qədərdir?
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 13,8 milyard manat olmaqla 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4 faiz artıb.

Trend-in məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini real ifadədə 2,5 faiz üstələyərək 13,3 milyard manata bərabər olub, onun 49,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 353 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 manat çox dəyərində əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.
 
AdRiver
loading...

XƏBƏR LENTİ