Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır - VİDEO

Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır - VİDEO
 Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır. Balakənli arıçının düzəltdiyi özünəməxsus arı pətəklərinin belə qiymətli edən onların təbii vasitələrdən hazırlanmasıdır. Bal yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəklərindədir.
Sfera.az "Xəzər TV"yə isytinadən xəbər verir ki, Balakən rayon sakini İlqar Məmmədov 40 ildir arıçılıqla məşğuldur. O, uşaq yaşlarından bu işin sirlərini öyrənməyə başlayıb. Bir arı pətəyi ilə başladığı arıçılıq sahəsini hazırda 70-dən artıq arı ailəsi ilə davam etdirir. O, həmişə standart yox, yeni formalı pətəklər düzəldib. Dülgərliyi də bacaran arıçı bütün arı pətəklərini özü hazırlayır.

Öz arı məhsullarını müştərilərə fərqli formada təqdim etməyi xoşlayan arıçı yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəkləri düzəldib. Ərsəyə gətirdiyi maraqlı pətəklərin hər birində xüsusi məna olduğunu bildirir.

Belə təbii pətəklərdə olan bal isə adilərdən xeyli baha qiymətə satılır. Kiloqramı 50-80 manat arasında alıcılara təklif olunur. Sadəcə ləçək formasında olan arı pətəyini almaq üçün bir maşının pulunu ödəmək lazımdır.

Arıçı hər il təxminən 800 kiloqrama qədər bal istehsal edir ki, bunun da 500 kiloqramını süzülmüş, 300 kiloqramını isə şanı ilə satışa çıxarır. O, yeni ideyalarının olduğunu və gələcəkdə bunu gerçəkləşdirməyə çalışacağını deyir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...