Azərbaycanda 7 mindən çox nəfər sürücülük hüququndan məhrum edildi - VİDEO

Azərbaycanda 7 mindən çox nəfər sürücülük hüququndan məhrum edildi - VİDEO
Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir.


Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin sürücülərin bir qismi, avtomobili sərxoş halda idarə etdiyi, avtoxuliqanlıq və digər qayda pozuntularına yol verdiyi üçün inzibati xətaya görə 20 cərimə balını keçən sürücülərdir. Həmin şəxslər vaxtından əvvəl sürücülük hüquqlarını bərpa edə bilməzlər. Əgər onlar nəqliyyat vasitəsi idarə edərlərsə, yol polisi tərəfindən qanuna uyğun şəkildə cərimə olunacaqlar.

Kamran Əliyev onu da bildirdi ki, ötən il ərzində respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər dünyasını dəyişib, 527 nəfər xəsarət alıb.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...