Hadİsə

Azərbaycanda 17 yaşlı məktəbli qızın faciəvi sonu – 1 gün sonra nişanı olacaqdı… - FOTO

Azərbaycanda 17 yaşlı məktəbli qızın faciəvi sonu – 1 gün sonra nişanı olacaqdı… - FOTO
Zaqatalada 17 yaşlı qız intihar edib.

Sfera.az primetime.az-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. 

2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.

Qeyd edək ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031