Azərbaycana \"donuz qripi\"nə qarşı peyvənd gətirilib: Yoluxmaq istəmirsizsə, 38 AZN ödəyin

Azərbaycana \
Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. 

 
Bu barədə sputnik.az-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: "Bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb. Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir".

"Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər" - deyə Oruc qeyd edib.

Z.Oruc diqqətə çatdırıb ki, peyvəndin qiyməti 38 manatdır.

Qeyd edək ki, hazırda Gürcüstanda "donuz qripi" yayılıb. Bu günə qədər orada qripdən 14 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, laborator müayinələr nəticəsində Gürcüstanda xeyli sayda insanın "donuz qripi"nə yoluxduğu aşkarlanıb.

"Donuz qripi" - H1N1 qrip virusunun xüsusi növü olan kəskin yoluxucu xəstəlikdir. Bu qrip epidemiyanın pandemiyaya sürətlə keçməsi ilə xarakterizə olunur.

Bu virusa həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontakt vasitəsilə xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan - Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Xəstəlik dərhal meydana çıxmır. Donuz qripinin inkubasiya dövrü daşıyıcıdan asılı olaraq ilkin simptomların meydana çıxmasından sonrakı 24-48 saatdır. Bu dövrdə virus fəal surətdə çoxalmağa və ətraf mühitə yayılmağa başlayır. O, asanlıqla insanlara və heyvanlara keçə bilir.

Bu virusa yoluxmuş şəxslər, əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir.

Uşaqlar, xüsusən də azyaşlılar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilərlər. Təxminən, hər altıncı insan simptomlar bəlli olduqdan sonrakı 14 gün ərzində terapiyaya baxmayaraq ətrafdakıları yoluxdura bilər.

OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...