Azərbaycan xalqı təzədən doğulub... – Maksim Şevçenko

Azərbaycan xalqı təzədən doğulub... – Maksim Şevçenko
Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanda misli görünməmiş bir vətənpərvərlik yüksəlişi başlayıb.

Sfera.az xəbər verir ki, bunu rusiyalı jurnalist Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Azərbaycan sakinləri birlik və yekdillik hiss edir ki, bunu da bir millətin yenidən doğuşu adlandırmaq olar: "İnanılmaz vətənpərvərlik coşğusu. Bir tərəfdən orada ölənlər çox idi, digər tərəfdən qələbə əldə olunduğu üçün mən bir millətin doğuşu adlandırıla biləcək situasiyaya düşmüşdüm. Hər millətin özünü vahid bir subyekt kimi hiss eləməsi üçün keçməli olduğu iki məqam var: onlardan biri ümummilli faciədir (bu faciə 1992-ci ildə Qarabağ oldu), digəri isə ümumi qələbədir. Bu, yalnız etnik əhali üçün deyil, həm də ruslar, yəhudilər və s. - bütün azərbaycanlılar üçün izah ediləbilməz bir hissdir. Çoxları ilə danışdım, hamıda hansısa inanılmaz bir olayın yaşandığı hissiyyatı var idi. Bununla belə, qələbə göydən düşməmişdi, onu haqq eləmişdilər, onu qazanmışdılar. Açıq deyim, mənə yalnız həsəd aparmaq qalırdı”.

Analitikin fikrincə, Azərbaycanda rus sülhməramlılarına münasibət bütövlükdə müsbətdir:

"Azərbaycan sakinləri başa düşürlər ki, onlar gəlməsəydi, bölgədə daha çox sayda qurbanlar olardı. Azərbaycan müharibəni tam qələbə ilə başa vura bilərdi və tərəfləri ayırmağa ehtiyac da qalmazdı. Ermənilər savaşda sarsıdıcı hərbi məğlubiyyətə uğradılar. Sadəcə sarsıdıcı. Problem ondadır ki, əgər Azərbaycan məsələni sona çatdırsaydı, erməni tərəfdən əlavə on minlərlə erməni öldürüləcək və minlərləsi də əsir olacaqdı. O zaman indi ortaya çıxan qarşılıqlı əməkdaşlıq üçün fürsət qalmazdı. Qurbanların sayı məsələsində elə bir hədd var ki, o həddi keçməz olmaz. 40 min mülki şəxs Kəlbəcərlə Şuşa arasındakı buz "qazanı”nda qalmışdı. Heç kim onların qidasının qeydinə qalmaz, insani bir fəlakət yaşanardı. Düşünürəm ki, ona görə də Azərbaycan Prezidenti İlham Əliyev rus sülhməramlılarının ora gəlişini alqışladı. Bu qüvvələr oradakı əhali üçün məsuliyyəti öz üzərlərinə götürdülər. Və bu bizə dinc formata keçməyə imkan verdi”.

Jurnalist həmçinin nəqliyyat dəhlizinin açılmasının Rusiyaya da xeyir gətirəcəyinə inanır:

"Azərbaycanın İranla sərhəddə azad etdiyi cənub əyalətlərindən keçən bu nəqliyyat dəhlizi Putin üçün sadəcə, qurtuluşdur. Ona görə ki, bu, İpək Yolunun tamamlanması deməkdir, yalnızca Azərbaycan ərazisindən keçən bir dəmiryolu yox”.

Ekspertin fikrincə, Azərbaycanda Ermənistandan tərəfdən revanşla bağlı narahatlıq yoxdur.

"Bunun əvəzində Dağlıq Qarabağda qala biləcək erməni radikalları tərəfindən törədilə biləcəyi gerçək bir terror hücumu təhlükəsi var. Erməni qüvvələrinin məğlubiyyəti o qədər total xarakterlidir ki, qarşı tərəfin revanşı ilə bağlı bir əndişə yoxdur. Onlar (azərbaycanlılar –red.) terrorizmdən ehtiyat edirlər”, - Şevçenko sonda vurğulayıb. (Musavat.com)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...