Azərbaycan vətəndaşları xəstəxanalara yerləşdirildi - FOTO/VİDEO
00:45 / 02.02.2020
11135
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.
"Report”un məlumatına görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb. Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər. Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.
Qeyd edək ki, Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınıb.
22:15***01.02.2020
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilən Azərbaycan vətəndaşları artıq Türkiyəyə çatıb.
"Report”un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşlarını gətirən "Koca Yusuf” ambulans-təyyarəsi Türkiyənin paytaxtı Ankaranın Etimesgud Hava Limanına enib.
Sərnişinlərə xüsusi forma geyindirilib. Onların təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb.
Qeyd edək ki, Uhan şəhərində 6 nəfər Azərbaycan vətəndaşı olub. Onlar əsasən tələbələrdir.