Azərbaycan “Taliban”ın kömək çağırışına müsbət cavab verəcəkmi? – Şərh

Azərbaycan “Taliban”ın kömək çağırışına müsbət cavab verəcəkmi? – Şərh
Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid "Taliban” hökumətinin BMT-də yer almaq üçün dost ölkələrdən kömək istəyə biləcəyini qeyd edib.
 
Ümumiyyətlə, "Taliban”ın gec-tez dünya ölkələri ilə əlaqələri bərpa edəcəyi bəlli idi. Çünki hərəkat özü də anlayır ki, təkcə Əfqanıstanın daxili resursları hesabına uzun müddət hakimiyyətdə qalmaq mümkün deyil. Digər tərəfdən, "Taliban” Əfqanıstanın leqal hakimiyyəti olmaq istəyirsə, dünyaya inteqrasiya etməyə məcburdur.
 
Hazırda əksər ölkələr "Taliban”ı Əfqanıstanın leqal hakimiyyəti olaraq saymasa da, "Taliban”ın müraciət edəcəyi 4 müsəlman ölkə var. Bu istiqamətdə Taliban Qətər, Pakistan, Türkiyə, hətta Azərbaycana belə müraciət edə bilər.
 
Zəbiullah Mücahidi özü də qeyd edib ki, Qətər çətin dövrlərdə bizə dəstək verən digər ölkələr ilə aramızda vasitəçi rolunu oynaya, BMT-də yer almağımıza kömək edə bilərlər. Mücahidinin Qətərin adını çəkməsi təsadüfi deyil. Qətər "Taliban”a ən böyük dəstək verən, hətta hərəkatının mənzil qərargahlarından birinə ev sahibliyi edən ölkədir. Buna görədə hazırda "Taliban”ın ən böyük ümidi bu ölkəyədir.

Pakistan da, "Taliban”a BMT-də yer almaq üçün dəstək ola bilər. Bu gün Pakistanda 13 milyondan artıq puştun yaşayır. Bu say Əfqanıstanda yaşayan puştunlardan iki dəfə artıqdır. Onu da qeyd edim ki, "Taliban” Əfqanıstanda gücdən düşdyü bir zamanda belə Pakistan ərazisində öz gücünü bərpa edərək, hərəkata davam edə bilirdi. Pakistanın uzun müddət verdiyi dəstək bu ölkənin bu gün "Taliban”a digər sahələrdə yaradım edə biləcəyini göstərir.

Türkiyə və Azərbaycan hələ ki, "Taliban” hökümətinə ehtiyatla yanaşsa da bunun dəyişəcəyi istisna edilmir. "Taliban”ın verdiyi mesajlardan da aydındır ki, hərəkatın rəsmi Bakı və Ankaraya qarşı mövqeyi pis deyil. Xüsusilə Türkiyənin siyasi, gücü hərbi potensilı və söz sahibi mövqeyi "Taliban” üçün əvəzsiz imkandır. Taliban buna görə israrla Türkiyə ilə əlaqələri inkişaf etdirmək, Ankara vasitəsilə dünya siyasi arenasında özünə yer etmək istəyir. Rəsmi Bakının bu istiqamətdə Ankara ilə birlikdə hərəkət edəcəyi də şübhə doğurmur.
 
Təsadüfi deyil ki, Azərbaycan tərəfi Taliban hökumətinə müsbət bir mövqe bildirmədiyi kimi, mənfi bir mövqe də bildirməyib. Digər bir məsələ də Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirmədən öncə Türkiyə, Azərbaycan, Pakistan və Əfqanıstan arasında regionda yaradılması planlanan 4-lü hərbi ittifaqdır. Rəsmi Bakı və Ankara bunu ittifaqı bu gün də istəyir. Pakistanın da mövqeyinin dəyişmədiyini ehtimal etmək olar. "Taliban” hökuməti bu istiqamətdə müsbət addım atarsa, düşünürəm rəsmi Bakı Ankara ilə birlikdə "Taliban” hökumətinin BMT-də yer almasına dəstək ola bilər".
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...