Azərbaycan Rusiyanın iri şəhərlərində şərab və çay evləri şəbəkəsi açacaq

Azərbaycan Rusiyanın iri şəhərlərində şərab və çay evləri şəbəkəsi açacaq
Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdırmaq niyyətindədir.

Bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, hazırda texniki-iqtisadi əsaslandırma işləri hazırlanır ki, bu, təsdiq olunduqdan sonra işlər daha da fəal həyata keçiriləcək:

"İstisna deyil ki, işlər dövlət və özəl tərəfdaşlıq əsasında icra olunacaq və bununla əlaqədar biz bu prosesə biznesmenlərimizi cəlb edəcəyik. Yaxın perspektivdə isə biz Azərbaycanın şərab və çay evlərini açmağı planlaşdırırıq. Bu halda söhbət şərab və çay məhsullarının satılacağı butiklərdən gedir”.

Bu evlərin yerləri barədə danışan R.Əliyev deyib ki, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə işlər aparılır, təkliflər öyrənilir:

"Şərab və çay evlərininn Moskva, Yekaterinburq və Sankt-Peterburqda açılması nəzərdə tutulur. Azərbaycanın çay məhsulları Rusiya bazarında bir neçə ildir ki, təmsil olunur. Şərab məhsullarına gəldikdə isə, ucuz şərab seqmentindən fərqli olaraq yerli premium tipli şərab Rusiya bazarında bri az əvvəl peyda olub”.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...