Azərbaycan Qran-prisi ən yaxşılar sırasında yer aldı

Azərbaycan Qran-prisi ən yaxşılar sırasında yer aldı

"Formula 1"in rəsmi saytı ötən onilliyin ən yaxşı 10 Qran-prisini müəyyənləşdirmək üçün azarkeşlər arasında səsvermə keçirib.

Sfera.az  xəbər verir ki, səsvermə nəticəsində 2017-ci il Azərbaycan Qran-prisi 6-cı yeri tutub. Sözügedən yarışda "Red Bull" pilotu Daniel Rikkardo lider olub.  

Səsvermədə birinci yerdə 2019-cu il Almaniya Qran-prisi qərarlaşıb. Yarışda "Red Bull" pilotu Maks Ferstappen qələbə qazanıb. "Kanada 2011" son onilliyin ikinci, "Braziliya 2019" üçüncü ən yaxşı Qran-prisi yerinə sahiblənib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR