Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu - İlk turda

Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu - İlk turda
 
Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün I turunun ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb.
 
 
APA -nın məlumatına görə, "InStat”ın təhlilinə əsasən "Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli turun oyunçusu seçilib.
 
Onun göstəricisi 312-yə bərabər olub. Gənc oyunçu "Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və matçda yeganə qolu vurub.
 
I turun rəmzi komandası isə aşağıdakı kimidir:
 
Qapıçı: Mehdi Cənnətov-256 ("Sumqayıt”)
Müdafiəçilər: Faysal Rerras-269 ("Qarabağ”), Eriko Da Silva-271 ("Səbail”), Elvin Bədəlov-271 ("Sumqayıt”), Abbas Hüseynov-251 ("Qarabağ”)
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 ("Qarabağ”), Fəhmin Muradbəyli-299 ("Səbail”), Soni Mustivar-303 ("Neftçi), Sərtan Taşqın-280 ("Sumqayıt”)
Hücumçular: Maqaye Qeye-229 ("Qarabağ”), Mehdi Şərifi-283 ("Sumqayıt”)
 
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm "InStat” indeksini göstərir.

OXŞAR XƏBƏRLƏR