“Azərbaycan” Nəşriyyatı özəlləşdirilir? – Direktor müavinindən AÇIQLAMA

“Azərbaycan” Nəşriyyatı özəlləşdirilir? – Direktor müavinindən AÇIQLAMA
 

Bakının Yasamal rayonu, Mətbuat Prospekti ərazisində yerləşən, "Azərbaycan” Nəşriyyatının özəlləşdiriləcəyi, binanın tamam fərqli bir müəssisəyə çevriləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Əslində kifayət qədər köhnə siması ilə seçilən Nəşriyyatın bərpasının, hətta tamamilə başqa müəssisəyə çevrilməsinin tərəfdarı olanlar da az deyil.

 

Yayılan məlumatların nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Nəşriyyatın rəhbərliyi ilə əlaqə saxlanılıb. "Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova Modern.az-a  açıqlamasında belə bir plandan xəbərdar olmadığını söylədi.

 

Onun sözlərinə görə, nəşriyyatın özəlləşdiriləcəyi ilə bağlı söz-söhbətlər tez-tez yayılır:

"Halbuki, bununla bağlı heç bir məlumat yoxdur. Belə bir söz deyilməyib. Bəlkə də bu, günün tələbidir. Amma şayiələrin səbəbini bilmirəm”.

 

  • İsmayılova onu da qeyd edib ki, hələlik, Nəşriyyatın fəaliyyəti ilə bağlı heç bir yenilik yoxdur:
  • "Yeni texnologiya, yeni avadanlıq və s. alınarsa, hansısa yenilikdən danışmaq olar. Hələ elə bir şey yoxdur. Ona görə, nəşriyyat qiymətləri ilə bağlı da heç bir dəyişiklik olmayıb”.


    OXŞAR XƏBƏRLƏR

    Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

    Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

    Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

    Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

    "Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

    Rusiyadan miqrantlarla bağlı açıqlama

    Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

    Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

    65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

    Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

    Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...