Azərbaycan NATO üçün dəhlizi bağlayıb? - XİN-dən açıqlama

Azərbaycan NATO üçün dəhlizi bağlayıb? - XİN-dən açıqlama
"Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan "Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil". 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. 

"Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istərdik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu "Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır.

Bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də, ümumiyyətlə, bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib. ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO Baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbayanın NATO-nun "Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb. Vurğulamaq istərdik ki, baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və Baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib.

Bununla yanaşı, son günlər Almaniya mətbuatına sızan məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir", - XİN rəsmisi vurğulayıb.  

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...