Azərbaycan İstanbulda turizm nümayəndəliyi açdı

Azərbaycan İstanbulda turizm nümayəndəliyi açdı
Azərbaycanın İstanbulda turizm nümayəndəliyi açılıb.

Sfera.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyi, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, qədim mədəniyyət abidələri və turizm imkanlarını əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışları barədə də geniş məlumat verilib.
 
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, millət vəkili Qənirə Paşayeva, "Gateway" şirkətinin rəhbəri Halis Çakmak, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər. Məlumat verilib ki, nümayəndəliyin açılması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbulda fəaliyyət göstərən "Gateway Managemental" A.Ş arasında əldə olunmuş razılıq əsasında həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...