\"Azərbaycan iqtidarı Rəsulzadənin qiymətini bilir və ona yüksək dəyər verir\" - Deputatların mövqeyi

\
"M.Ə.Rəsulzadəni xalqın böyük əksəriyyəti dəstəkləyir və qəbul edir, onun ideyasını yaşadır. Tək-tük adamların onun haqqında fikir səsləndirməsi o qədər də ciddi qəbul olunan məsələ deyil"

Bu sözləri Sfera.az-a bu gün müstəqilliyimizin 99 ilinin tamam olması ilə bağlı danışarkən millət vəkili Fazil Mustafa deyib.
 
 

Millət vəkilinin sözlərinə görə, Rəsulzadənin adının müəyyən dərəcədə əbədiləşdirilməsi Azərbaycanın müstəqilliyinə şərəf gətirib:
"Rəsulzadə böyüklüyünü qoruyub, öz işini görüb. Bu millətə faydasını verib, böyük ideyalarını qoyub. Buna görə Cümhuriyyətin 100 illiyi ilə bağlı Prezidentin də sərəncamı var. Ümid edək ki, məmurlar da bunu artıq formal deyil, ciddi hadisə kimi qeyd edəcəklər. Bu, hamımızın şərəf dairəsidir".
 
 

Millət vəkili Aqil Abbasın sözlərinə görə, Rəsulzadənin həmin dövrdə Azərbaycanın ilk müstəqillik qazanmasında və Şərq aləmində ilk demokratik respublikanın qurulmasında böyük rolu olub:
"Rəsulzadə həmin dövrün böyük siyasi lideridir. Bu gün kimlərsə ona ləkə atırsa, fəaliyyətini kiçiltməyə çalışırsa, eləsinə baş qoşmaq doğru deyil. Rəsulzadənin çox böyük xidmətləri var. Onun böyük xidmətləri olmasaydı, Möhtərəm Prezident yubileyin keçirilməsi haqda sərəncam imzalamazdı. Bu gün Azərbaycan iqtidarı da Rəsulzadənin qiymətini bilir və ona yüksək dəyər verir. Hətta Atatürk Rəsulzadənin kitabını oxuyandan sonra, elə kitabın arxasına yazmışdı ki, "sən o bayrağı qaldırdın. Məndə Türkiyədə o bayrağı qaldırıb yenməyə qoymadım". Rəsulzadə Azərbaycan xalqına azadlıq hissini daddıran şəxsiyyətdir. Prezident gələn il müstqilliyimizin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Bu bayramı təkcə Azərbaycan deyil, Türk dünyası, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tatarıstan da qeyd edəcək". 
 
 

Millət vəkili Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyev mayın 26-da Buta Sarayında Respublika Gününə həsr olunmuş təntənəli mərasimdə qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublikadır və xalqımız bununla öyünür, fəxr edir:
"Müsəlman Şərqində məhz başqa xalq deyil, ilk Azərbaycanda parlament və demokratik respublika yaranıb. Müsəlman qadına ilk dəfə səsvermə hüququnu da həmin Cümhuriyyət həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları olan Rəsulzadə, Ağayev, Yusifbəyli, Topçubaşov, yəni bu insanlar sözün əsl mənasında dövlətimizin tarixində müstəsna xidmətlər göstəriblər. Cümhuriyyət olmasaydı, Azərbaycan demokratik respublikası olmasaydı, dövlətçiliyin bayrağı, gerbi, himni olmasaydı, heç Azərbaycanı yeni yaradılmış SSRİ-nini tərkibinə dövlət kimi qəbul etməzdilər. Yəni əgər bunlar olmasaydı SSRİ-nin ərazisində respublika və ayrıca dövlət kimi deyil, bir əyalət kimi qəbul edilmiş olardı. Bu da bir daha onu göstərir ki, Cümhuriyyət liderlərinin Azərbaycan xalqının və millətinin qarşısında xidmətləri böyük olub. 2018-ci ildə Prezidentin sərəncamına əsasən 100 illiyimiz təntənəli şəkildə qeyd olunacaq. Hər bir azərbaycanlı 1918-20-ci illərdə belə bir liderimizin olması və bayrağımızın göylərə yüksəldilməsi ilə fəxr edir. 1991-ci ildə yenidən müstəqillik əldə edərkən Rəsulzadənin səsləndirdiyi "Bir kərə yüksələn bayraq bir daha enməz" fikrin nə qədər düz olduğuna növbəti dəfə şahid olduq. Bəzən Rəsulzadənin şəxsiyyəti ilə bağlı real vəziyyətə zidd olan yanaşmalar səsləndirirlər. Hesab edirəm ki, bu fikirlərin müəllifləri qərəzli davranış nümayiş etdirirlər. Bu insan haqqında müəyyən insanların həqiqətə uyğun gəlməyən fikirlər söyləməsi qəbul edilməzdir. Azərbaycan dövlətini yaradan şəxs haqqında o adam söz deyə bilər ki, ona mənəvi haqqı olsun. Prezidentimiz, dövlətimiz, xalqımız Cümhuriyyətin yaranmasının 100 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşırsa, belə fikirlər anti-millidir, dövlət əleyhinədir, eyni zamanda prezidentin mövqeyinə ziddir".
 
 

Millət vəkili Asim Mollazadənin fikrincə, Rəsulzadə Azərbaycan xaqlı üçün çox mühüm bir şəxsiyyətdir:
"Bu şəxsiyyət böyük təfəkkürün sahibidir. XX-ci əsrin əvvəlində müasir ideyanı Şərq dünyasına verərək işıqlandırıblar. Bugünkü Azərbaycanın müstəqil dövləti Rəsulzadənin varisidir. Rəsulzadəni tənqid edənlərə və cılız fikir səsləndirənlərə fikir vermək lazım deyil".

Qeyd edək ki, bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 99 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...