Azərbaycan daha iki medal qazandı

Azərbaycan daha iki medal qazandı

Azərbaycanın daha 2 ağırlıqqaldıranı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.

69 kq çəki dərəcəsində çıxış edən Anastasiya İbrahimli qızıl medala sahib olub.

O, birdən 100 kq, təkanla 119 kq ağırlığın öhdəsindən gəlib. Üst-üstə 219 kq nəticə göstərən İbrahimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkmənistanlı Gülnabat Kadırova 214 kq (99 kq + 115 kq) nəticə ilə gümüş, özbəkistanlı Manzuraxon Mamasaliyeva 203 kq (91 kq + 112 kq) göstərici ilə bürünc medala yiyələnib.

69 kq çəkidə yer alan Elnurə Abbasova isə iki hərəkətin cəmində 184 kq (82 kq + 102 kq) nəticə ilə bürünc mesalçı olub. Türkmənistanlı Polina Quryeva 193 kq (88 kq + 105 kq) göstərici ilə qızıl, özbəkistanlı Kumuşxon Fayzullayeva 187 kq (84 kq + 103 kq) nəticə ilə gümüş medal qazanıb. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR