Azərbaycan çempionu olan məşhur erməni qadın killer necə məhv edildi?

Azərbaycan çempionu olan məşhur erməni qadın killer necə məhv edildi?
1987-ci ildən başlayaraq ermənilər Qarabağda fəallaşmağa başladılar. Ermənilər məhz rus emissarlarının köməyi ilə Qarabağda öz fəaliyyətlərini genişləndirir, azərbaycanlılara qarşı təxribat planlarını həyata keçirdirdilər.
 
1988-ci ildən isə ermənilər Qarabağın müstəqilliyini tələb etməyə başladılar. Artıq mütəşəkkil silahlı dəstələr formalaşdıran ermənilər 1988-ci ildən qədim Azərbaycan torpağı olan Zəngəzurda yerli əhalini amansızlıqla deportasiya etməyə başladılar. Qarabağda olan və ASALA terror təşkilatının xeyir-duası yaradılan terroçu qruplar Zəngəzurda qırğınlar törətməyə başladılar. Bu qırğınlarda iştirak edən terroçuların içərisində erməni qadını Marqarita Sarkisyan da var idi. Öz qəddarlığı ilə seçilən bu qadın, ASALA terror təşkilatının ən fəal üzvlərindən biri idi. 
 
Marqarita Sarkisyan 1960-cı ilin fevralında Xocavənd rayonunda anadan olmuşdu. 1971-ci ildə ailəsi ilə Xankəndinə köçən Marqarita burada məktəbin hərbi hazırlıq müəllimi olan  Qurgen Markaryanın təsiri altına düşür. Xankəndində öz millətçiliyi ilə seçilən və azərbaycanlılara qarşı xüsusi bir nifrəti olan Qurgen Markaryan azyaşlı uşaqları öz təsiri altına salır onlardan istifadə edirdi. Qurgen Markaryanın özünün xüsusi dəstəsi kimi təqdim etdiyi məktəblilərə silahdan istifadə qaydaları öyrədir, onları gələcəkdə baş tutacaq  döyüşə hazırlayırdı. 16 yaşına qədər Qurgen Markaryandan dərs alan Marqarita 1976-cı ildə Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. Burada da öz əməlindən qalmayan Marqarita seçdiyi erməni uşaqlarını Qurgen Markaryanla tanış edirdi. Peşəkar atıcı kimi yetişən Marqarita 1978-ci ildə atıcılıq üzrə Azərbaycan çempionu olur. Marqarita peşəkar idmançı kimi keçmiş SSRİ çempionatında da iştirak edir. Xankəndi ipək fabrikində işləməyə başlayan Marqarita burada özünü lider kimi aparmağı bacarır. 1988-ci ildə Qarabağda başlayan mitinqlərin təşkilatçılarından biri olan Marqarita  o zaman Qarabağdakı "Krunk” təşkilatının ideoloji bölməsinin rəhbəri, Xankəndi ipək fabrikinin  partkomu, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ilə möhkəm dost idi. Məhz Koçaryanın xeyir duası ilə və ASALA terror təşkilatının maliyyə dəstəyi ilə qızlardan ibarət "Xatun” snayper qrupunu yaradır.
 
1991-ci ildə Qurgen Markaryan və 5 keçmiş tələbəsi erməni silahlı dəstələrinin tərkibində əməliyyat zamanı öldürülür. Məhz bundan sonra Marqarita Sarkisyan  aktiv döyüşlərə atılır. Bu snayper qrupu həm də təxribat-diversiya qrupu kimi də fəaliyyət göstərirdi. "Xatun” qrupunda 12 erməni qızı var idi. Bu dəstənin üzvlərinin böyük hissəsi Ağdərə ətrafında gedən döyüşlər zamanı Azərbaycan əsgərləri tərəfindən məhv edildi. Bundan sonra dəstənin iki üzvünü də götürən Marqarita Sarkisyan Yerevana gedir və burada yeni dəstəsini formalaşdırmağa başlayır. 1992-ci ilin aprelində yeni dəstəsi ilə Marqarita Sarkisyan Daşaltına gəlir. Burada əsgərlərimizi hədəf seçən  dəstənin bir neçə üzvü snayperlərimiz tərəfindən məhv edilir. 1992-ci ilin aprelin 27-də "Xatun”snayper qrupunun sağ qalan üzvləri kəşfiyyatçılarımız tərəfindən  məhv edilir. Dəstənin başçısı Marqarita Sarkisyan aradan çıxmağı bacarır. Gorusa gedən Marqarita Sarkisyan özünə yeni dəstə formalaşdırır. Marqarita, 1993-cü ilin avqustun əvvələrində Qubadlı ətrafında döyüşlərə qatılır. Lakin snayperlər qrupu elə ilk döyüşdəcə igid əsgərlərimiz tərəfindən məhv edilir. Öz qəddarlığı ilə seçilən və ermənilər arasında "killer” ləqəbi ilə tanınan Marqarita Sarkisyan da  bu döyüşdə məhv edilir.
 
Qoşqar Salmanlı


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...