İdman

Azərbaycan çempionatında yeni komanda oynayacaq

Azərbaycan çempionatında yeni komanda oynayacaq
 Kişi voleybolçular arasında Yüksək Liqada komanda sayında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bu gün start götürən Azərbaycan çempionatına yeni komanda qoşulub.

Bu, "Ekspress" klubudur. Ötən il birinci divizionda çıxış edən komanda bu il son anda Yüksək Liqada mübarizə aparmaq qərarına gəlib. Beləliklə, elitadakı komanda sayı 8-ə yüksəlib.

2019-20 mövsümündə "Ekspress"lə yanaşı, "Neftçi”, "Murov”, "Azərreyl”, MOİK, "Xilasedici”, "Sərhədçi” və Gürcüstan çempionluq uğrunda mübarizə aparacaq. 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031