Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır

Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır

Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu hesabatını açıqladı

Sfera.az Report-a istinadən bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) açıqladığı növbəti hesabatında məlumat verib.

Hesabatda deyilir ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41 faiz azalıb. Bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub. Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü artıb. Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır.

Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb. 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14 faiz artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Silah satışının 74 faizi bu ölkələrin payına düşür.


OXŞAR XƏBƏRLƏR