Azərbaycan atleti Universiadanın qalibi olub

Azərbaycan atleti Universiadanın qalibi olub
 Azərbaycan atleti Nazim Babayev Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasının qalibi olub.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, Nazim Babayev üçtəkanla uzunluğa tullanma yarışının qızıl medalını qazanıb. O, 17,01 metr nəticə göstərməklə bütün rəqiblərini arxada qoyub. N.Babayev ən yaxın izləyicisi olan Burkino Faso təmsilçisi Hugues Fabrice Zanqonu (16,97) dörd santimetr qabaqlayıb. Bürünc medala isə 16,80 metr nəticə ilə yaponiyalı Ryoma Yamamoto sahib olub.

OXŞAR XƏBƏRLƏR