Azərbaycan atəşə başladı - Erməni nazir kənddən qaçdı

Azərbaycan atəşə başladı - Erməni nazir kənddən qaçdı

Azərbaycan-Ermənistan sərhədində sentyabrın sonlarında baş vermiş şiddətli atışmalar zamanı maraqlı insident baş verib.Virtualaz.org xəbər verir ki, Ermənistanın kənd təsərrüfatı naziri Azərbaycan ordusunun mövqelərindən Tavuş vilayətinin Berdavan kəndinə tərəf açılan ilk atəşlərdən sonra şikayətini dinlədiyi kəndliləri qoyaraq qaçıb.“Azadlıq” radiosunun erməni xidmətinin reportajında deyilir ki, Tavuş rayonunun Berdavan kənd sakinləri təlaş içindədirlər. Onlar atəşkəs dövründə tez-tez baş verən atışmalara öyrəşsələr də son günlərdəki kimi qədər şiddətli atışma xatırlamadıqlarını deyirlər.Son atışmalardan sonra kəndin bir çox sakinləri evlərini tərk edib. Berdavanda məktəb və çoxuşaqlı ailələrin yaşadıqları evlərin qapıları bağlıdır. Kəndlilər deyirlər ki, təhlükəli olduğundan uşaqları kənddən çıxarıblar.Berdavanda əhali əsasən üzümçülüklə məşğul olur. İntensiv atəşə görə indi məhsul yığımına getmirlər.Sakinlər deyirlər ki, sonuncu atəş vaxtı kənd təsərrüfatı naziri Serqo Karapetyan Berdavanda olub. Nazir kənddəki şərab zavodunun yanında üzümün qiymətini müzakirə edirmiş.Kənd sakinləri deyir ki, atəş səsləri eşidilən kimi nazir söhbəti yarımçıq qoyub qaçıb: “Zavoda gəlmişdi ki, bizə üzüm qəbulunun qaydaları haqda məlumat versin, amma güllə səslərini eşidən kimi çönüb qaçdı”.Xatırladaq ki, son günlər Azərbaycanın da sərhədyanı kəndləri atəşə tutulub, dinc əhali arasında ölən və yaralanan olub.

Aysel


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...