İqtİsadİyyat

Azər Türk Bankdan öz biznesini qurmaq istəyənlərə müjdə

Azər Türk Bankdan öz biznesini qurmaq istəyənlərə müjdə
 
Azər Türk Bank tərəfindən müştərilərin ixtiyarına verilmiş "startup” krediti məhsulu şəxsi
biznesini qurmaq arzusunda olan, həmçinin özünə məxsus yeni, fəaliyyətinin bir ili tamam
olmamış təsərrüfat subyektini inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Beş il müddətinədək rəsmiləşdirilən kreditin məbləği 50 000 manatadək müəyyən
edilmişdir.Daim yeniliklərə dəstək olan Azər Türk Bank təklif edilən kreditin illik faiz dərəcəsinin 7%-dən başlanması barədə qərar vermişdir.
 
Bundan əlavə, Bank uğurlu başlanğıc və işlərin şəffaf, qanunun tələblərinə uyğun
aparılması üçün sahibkarlara İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı xidmətlərini
də təmənnasız olaraq təklif edir.
"startup” kreditini əldə etmək arzusunda olan sahibkarlar onlayn müraciət göndərərək,
tamamilə ödənişsiz hesab açmaqla, Bankın korporativ müştərisi ola bilərlər.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ
səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən
əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031