Azər Türk Bank növbəti dəfə tarifləri endirdi

Azər Türk Bank növbəti dəfə tarifləri endirdi
 

Dövlət bankı Azər Türk Bank mövcud vəziyyətlə əlaqədar həyata keçirilən #evdəqal kampaniyasına və bisnes subyektlərinə dəstək verməklə, korporativ müştərilərin bank əməliyyatlarına növbəti güzəştlər etmişdir.

Belə ki, Bankda 04.05.2020-ci tarixindən etibarən "ATB Business” internet bankçılıq xidməti vasitəsilə icra edilən respublikadaxili köçürmə əməliyyatları üzrə tariflərin növbəti dəfə endirilməsinə dair qərar qəbul olunmuşdur.

Eyni zamanda, Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək "ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

"ATB Business” xidməti  bank əməliyyatlarını geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və  ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və başqa büdcə ödənişləri, çıxarışların əldə edilməsi və  digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.

Azər Türk Bankda hesab açmaq və "ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...