Azay Quliyevin daha bir rəqibi namizədliyini geri götürdü – Onun xeyrinə

Azay Quliyevin daha bir rəqibi namizədliyini geri götürdü – Onun xeyrinə

8 saylı Binəqədi I Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd Araz Hüseynov bu gün namizədliyini geri götürüb.

Turkustan.info xəbər verir ki, Ayaz Hüseynov bununla bağlı seçicilərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Hörmətli seçicilər,

Parlament seçkilərində zəfər qazanmaq məqsədilə yanvar ayı ərzində çox çalışdıq, imzaların toplanması ərəfəsində sizlərlə şəxsən görüşdüm. Desəm ki, bunun nəticəsində çoxunuzla dostlaşa bildim, heç də yanılmaram. Gördüyüm işlərə baxmayaraq, mən hər zaman vəziyyəti real qiymətləndirdiyimdən gəldiyim qənaət barədə sizə məlumat vermək istərdim.

"İslahatlara dəstək” seçicilərin Təşəbbüs Qrupunun deputatlığa namizədi Azay Quliyevin seçki qərargahında qurduğu komanda, sistemli iş və yüksək təşkilatçılıq səviyyəsini gördükdən sonra anladım ki, 9 fevral qalib gəlmək üçün təqdim etdiyim platforma və imkanlarım Azay Quliyevlə yarışmaq üçün kifayət etmir.

Bu səbəbdən mən, öz namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və məni dəstəkləyən hamını Azay Quliyevə səs verməyə çağırıram.

Hörmətlə,

Hüseynov Araz Mahmud oğlu

Xatırladaq ki, yanvarın 23-də 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Elmira Fərzəliyeva da namizədliyini Azay Quliyevin xeyrinə geri götürüb.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...