Azadlıq prospektində hərəkət dəyişir - FOTO

Azadlıq prospektində hərəkət dəyişir - FOTO

Bakının Azadlıq prospektində təmir işləri aparılan ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Milli.Az-a bildiriblər ki, ediləcək dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunacaq. Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maeəsiz saga doğru hərəkətlərini davam etdirə biləcəklər. Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.

Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.  Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığl aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru ( Azadlıq metrostansiyası ) hərəkətinə qadağa qoyularaq, yan yola yönəldiləcək. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün əlavə işıqforlar quraşdırılacaq.

Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə ( 6-cı mkrn. İstiqaməti ) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənəcək.

Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər.  Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.

Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.

Bundan əlavə, avtobusların dayanacaqlara rahat giriş-şıxışını təmin etmək, onların ümumi hərəkətə mane olmasının qarşısını almaq məqsədi ilə təmir işlərinin aparıldığı ərazidə ( Z.Bünyadov pr-ti-Cəfər Xəndan küç.-S.S.Axundov küç. ) 7 yerdə dayanacaqlar genişləndirilərək 20 metr uzunluğunda, 3,5 metr enində xüsusi "cib"li hissələr və 115 saylı orta məktəbin önündə isə xüsusi "cib"li parkinq yeri yaradılır.

"Azəravtoyol" ASC tərəfindən edilən dəyişikliklər prospektin sözügedən hissəsində sıxlığın aradan qaldırılmasına müsbət təsir etmiş olacaq. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...