Moskvada yaşayan \"həci\"dən insanlığa yaraşmayan hərəkət - FOTO

Moskvada yaşayan \
Bir müddətdir leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulların dələduz tərəfindən oğurlandığı iddia olunur.

A.Dadaşovanın dayısı Rahil Cəfərov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, tanımadığı bir şəxs ona +79852706090 nömrəsindən zəng edərək Aylinin müalicəsi üçün lazım olan 50 min manatı ödəmək istədiyini bildirib: "Mən də ona kartın şəkillərini çəkib göndərdim. Bu gün səhər kartı yoxlamağa gedəndə gördüm ki, cəmi 135 manat pul qalıb. "Bank of Baku”ya müraciət etdim, məlum oldu ki, internet üzərindən oyuna pul qoyulub. Ümumilikdə təxminən 4000-4500 manat çıxarılıb. Bankdan arayış verilib, indi onu götürüb şikayət üçün Polis Bölməsinə gedirəm”.

Həmin şəxs özünü Moskvada yaşayan azərbaycanlı hacı kimi təqdim edib və Aylin üçün ödəniş etməyi özünün 8 yaşlı qızının ondan xahiş etdiyini deyib.
Uşağın həkimi Günay Rəsulova da bu barədə paylaşım edib və bildirib ki, yanvarın 1-də Aylinin vəziyyəti qəfildən pisləşib. 

Qeyd edək ki, sosial şəbəkədə xüsusi proqramdan istifadə edən şəxslər həmin nömrənin "Hüseyn Vaqif oğlu” adı ilə qeyd olunduğunu bildiriblər.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...