Ayfonun yaddaşını bərpa edən proqram yaradıldı

Ayfonun yaddaşını bərpa edən proqram yaradıldı

Yeni "Altdeyt" ("UltData”) proqramı mobil telefonlarda bütün itirilənləri tez və asanlıqla bərpa etməyə kömək edəcək.

"Altdeyt” proqramını "Tenorşeə” ("Tenorshare") şirkətindən olan mütəxəssislər tərtib ediblər və o, bütün "Ayfon” modellərinə uyğun gəlir.

Adi hallarda məlumatların bərpa olunması üçün üç variantdan istifadə edirlər. Bu, bulud, "Aytunes” və "Ayfon”un özü vasitəsilə mümkün olur. Ancaq çox vaxt zədə alan smartfon kompüterə qoşulmur və o zaman məlumatları "Aytunes” vasitəsilə bərpa etmək alınmır.

"Altdeyt” sərbəst olaraq məlumatları təhlil edir və nəyi saxlamaq mümkün olduğunu göstərir. "Altdeyt”in köməyi ilə 20 növ məlumatı bərpa etmək mümkündür. Bura eyni zamanda Votsapdan yazışmalar, səs yazıları, video və şəkillər də aiddir. (lent.az)

 

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR