Aydın Qasımovun oğlu Cavid Qurbanovun necə köməkçisi oldu?

Aydın Qasımovun oğlu Cavid Qurbanovun necə köməkçisi oldu?
Sfera.az saytı Vətəninfo.Az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin sabiq rəisi, hazırda Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasında dosent vəzifəsində çalışan ədliyyə general-mayoru Aydın Qasımov və onun Vergilər Nazirliyində işləyən oğlu Ramiz Qasımzadə ilə bağlı məlumat dərc etdikdən sonra, redaksiyamıza Aydın Qasımovun digər oğlu Rauf Qasımzadə ilə də bağlı məlumat daxil olmağa başladı.
Qeyd edək ki, Aydın Qasımov "Penitensiar Xidməti”in rəisi olduğu dövrdə general-mayor ona belə yüksək vəzifəni həvalə etmiş Heydər Əliyev siyasi xəttinə arxa çevirmiş və ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı ölkə prezidenti İlham Əliyevə qarşı yaradılmış olan qrupda gizlin olaraq fəaliyyət göstərib. Elə onun ədliyyə sistemindən qovulmasına da səbəb məhz İlham Əliyevə qarşı yaradılmış qrupda gizlin olaraq fəaliyyət göstərməsi idi. Maraqlıdır ki, "Qələmi qırılan” general-mayor sehrli əllər tərəfindən yenidən "dirildildi” və 2008-ci ildən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasında dosent vəzifəsinə gətirildi. Aydın Qasımov özünə "yer” etdikdən sonra övladlarına "gün ağlamağa” başlayıb. Ona belə "razqom” götürməyə kimlərin kömək etdiyini öyrənmək elə də çətin olmadı.
Aydın Qasımovun bir oğlu Ramiz Qasımzadə Vergilər Nazirliyində Hüquq Departamentində, digər oğlu Rauf Qasımzadə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun köməkçisidir. Aydın Qasımovun  övladlarını necə yüksətdiyi sözün həqiqi mənasında aşkara çıxır.
Amma maraqlısı budur ki, Aydın Qasımov Cavid Qurbanova yaxınlığı ilə tanınan şəxslə QUDA olduqdan sonra övladları gün-güzəran görməyə başlayıb. Çünki, vəzifədən vurulub salınan birinin övladlarını vəzifələrə yerləşdirməsi müşkül məsələ deyil. Aydın Qasımov da Qurbanovun yaxını ilə QUDA olmaqla bu problemi həll edib.
Rauf Qasımzadə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi olduqdan sonra isə, qaz vurub qazan doldurur.
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Cavid Qurbanovun yaxını ilə quda olduqdan sonra, millət vəkilinin köməkçisi kreslosuna oturan Rauf Qasımzadə öz bibisi oğlu Xaliqi belə, işsiz qoymayıb və özünə sürücü götürüb.
Məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin idarə və müəssisə rəhbərləri Cavid Qurbanovun yanında onlarla bağlı müsbət rəyin yaradılması üçün Rauf Qasımzadənin lobbiçiliyindən belə istifadə edirlər.
Hətta iddialara görə, Rauf Qasımzadənin lobbiçilyindən istifadə etməyənlər gözəl bilirlər ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri yanında gözdənsalma işi aparıla bilər ki, bu da onlara sərf etmir. Cənab Qasımzadə iddialara görə, ilkin olaraq bibisi oğlu, eyni zamanda da sürücüsü olan Xaliqi idarə rəislərinin yanına göndərir və onlara onu xoş tutmaları üçün mesajını çatdırır. Bu mesajı başa düşən və qəbul edənlər Rauf Qasımzadənin istəyinə müsbət cavab verir və Xaliqi paketlə yola salırlar. Bu mesaja mənfi cavab verənlər isə hər gün ürək döyüntüsü ilə yaşamağa məhkum olurlar.
İddialara görə, Cavid Qurbanovun yanında idarə-müəssisə rəhbərləri ilə bağlı müsbət rəyin formalaşırılması da elə-belə başa gəlmir və bunun da xüsusi haqq-hesabı vardır.
Bu haqq-hesabı ödəyənlər Rauf Qasımzadə ilə "can-ciyər” olurlar, Qasımzadənin maraqlarına cavab verməyənlər isə adlarını "Qara dəftər”ə salmış olurlar. Eyni zamanda daxil olan məlumatda o da iddia edilir ki, Rauf Qasımzadə qardaşı Ramiz Qasımzadənin sahibi olduğu "Konsul” Hüquq və Vergi Xidmətləri Mərkəzini də işsiz qoymur.
Məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin idarə və müəssisələri məhz hüquqi və vergi xidmətlərini Ramiz Qasımzadənin sahibi olduğu mərkəzdən alırlar. Aydın Qasımovun və onun övladlarının belə yüksəlişində payı olan şəxsin kimliyi ilə bağlı isə gələn yazımızda.

Redaksiyadan: Yuxarıda səsləndirilən iddialarla bağlı cənab Aydın Qasımov və onun övladları Ramiz və Rauf Qasımzadənin də mövqelərini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...