Ayda GSM şəbəkəsi qurulur - Nəhəng şirkətlər razılığa gəldi
22:27 / 28.02.2018
4167
Ayda GSM şəbəkəsi qurulacaq.
Sfera.az "Ntv.com"a istinadən bildirir ki, 2019-cu ildə Yerin orbitində də 4G mobil internet şəbəkəsi olacaq. Artıq bu barədə "Vodafone", "Nokia", "Audi" və "SpaceX" şirkətləri müqavilə imzalayıblar.
Məlumata görə, bu layihənin həyata keçirilməsində məqsəd kəşf üçün Aya göndərilən maşınlar arasında dünyadan asılı olmadan, problemsiz şəkildə əlaqə yaratmaqdır.