Axtarışda olan azərbaycanlı Rusiyada tutulub
11:25 / 17.08.2017
1571
İnterpol xətti ilə axtarışda olan şəxs Rusiyada tutulub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü Rəvan Əliyev Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunub.
Hazırda Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (apa)
Sfera.az