Axtarışda olan 24 nəfər tutulub

Axtarışda olan 24 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 80 cinayət faktından 31-nin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib. 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub.



OXŞAR XƏBƏRLƏR