Avtomobili çaya düşən Qarabağ müharibəsi əlili ağır xəsarət aldı

Avtomobili çaya düşən Qarabağ müharibəsi əlili ağır xəsarət aldı
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

Şəhərin Cavanşir küçəsinin sakini olan ikinci qrup Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Kəbirov Seymur Əkrəm oğlu idarə etdiyi idarə etdiyi "99-HK-143" dövlət nömrə nişanlı "NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq körpünün kənarından Əyriçay çayına aşıb.

tomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobili kəsib, onun içərisində sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Müharibə əlili ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)


OXŞAR XƏBƏRLƏR

Aeroflot Superjet 100-ün QƏZASI: Yekun hesabat HAZIRLANDI

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2019-cu ildə Şeremetyevoda qəzaya uğrayan Aeroflot Superjet 100 təyyarəsi ilə bağlı yekun hesabatı hazırlayıb. &n...

Türkiyəli aktrisanın oğlu cinsiyyətini dəyişdirdi - FOTO

“Çılgın Bediş” serialının ulduzu Çiçək Dilligil və musiqiçi Bora Öztoprakın 27 yaşlı oğlu  Ardahan Öztoprak cinsiyyətini dəyişdirərək qadı...

Səfir: "Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.   Sfera.az xəbər verir ki, bunu Rusiyanın Qazaxıst...

Neftçilərə yeni mənzillər TƏQDİM EDİLDİ - YENİLƏNDİ

Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şu...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Tovuz rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.   Maqni...

Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi TƏSDİQLƏDİ

Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev &ld...